Email Address
Info@themis.com
Phone Number
Fax: 001 (407) 901-6400
Peşəkar formada tədbirlərin hazırlanması və həyata keçirilməsi xidmətini təklif edirik.
Tədbir hazırlanarkən əvvəlcə tədbirin məqsəd və vəzifələrini, daha sonra tədbirin hansı auditoriyaya istiqamətləndiyi, təşkilatçılar və partnyorlar barədə məlumatları, tədbirin büdcəsi barədə ümumi məlumatları müəyyənləşdiririk.
Korporativ və kommersiya tədbirlərinin məqsədləri müxtəlif istiqamətli ola bilər:
Tədbirin məqsədi tədbirin mövzusunu müəyyən edir.
Mövzu təyin edərkən brendinin ümumi fəlsəfəsinə və onun mövqeyinə xələl yetirməmək lazımdır.Tədbirlər işgüzar (biznes), təhsil, əyləncəvi, xeyriyyəçilik, kütləvi, idman və digər xarakterli olduğu üçün hər birinə uyğun olaraq fərqli mövzuları müəyyənləşdirmək lazımdır.
Tədbirin məqsəd və mövzusun aydınlaşandan sonra tədbirin konsepsiyası hazırlanılır.
Konsepsiyada tədbirin keçiriləcəyi tarix, məkan, avadanlıqlar, qonaq sayı, səhnə, hava şəraiti, auditoriyanın razı salınması və s. kimi detallar vurğulanır.
Daha sonra tədbirin fəaliyyət planı hazırlanır.Fəaliyyət planında tədbirin bütün koordinasiya sxemi, logistikası, iş planı, iş bölgüsü və işin icrası əks olunur.
Bununla yanaşı həmçinin xərclərin optimallaşdırılmasına nəzarət edilir.