Media planlama və satınalma

TV və radiolarda reklam yerləşdirmək.

İstənilən media satınalması sifariş edənin brifi ilə başlanılır. Əvvəlcə reklam materialının televiziya və radioda yayımlamaq üçün uyğun olub-olmaması yoxlanılır.

Daha sonra media plan hazırlanır. Media plan hansı reklam materialının hansı kanalda, hansı verilişdə, neçə dəfə, neçə saniyə yayımlanmasını göstərən sənəddir.Media plan hazırlanarkən hər bir markaya xüsusi yanaşılmalıdır. Belə ki, verilişlərin reytinqi ilə yanaşı, reklam materialının növünün uyğunluğu, prime time və ya off prime time yayımlanma vaxtları, digər markaların spot və bant yerləşdirmə sayı, verilişə uyğunluğu, xüsusi həssas günlər və s. yoxlanılmalıdır.

Media plana əsasən qiymət təklifi təsdiqləndikdən sonra müqavilə əsasında media satınalması olur və nəticədə ümumi monitorinq hesabatları təqdim olunur.

Image